Oxu.Az-ın lenta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı nevroloq Jan Şolomitski xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu formada oturanda ayağın öz ağırlığı altında damarlar sıxılmağa başlayır.
"O qədər də güclü olmasa da, venoz qanın cazibə qüvvəsinə qarşı qalxdığını nəzərə alsaq, o tədricən daha çox ləngiyəcək. Nəticə - varikoz venaların genişlənməsidir", - deyə həkim izah edib.
Şolomitskinin sözlərinə görə, varikozun nə qədər tez özünü göstərəcəyi insanın mobillik dərəcəsindən asılıdır: insan nə qədər aktivdirsə, risk bir o qədər azdır.
"Hərəkət zamanı baldır və kambalavari əzələlər işə düşür - bunlar da venoz qanı ürəyə vurmaq üçün əsas nasoslardır. Bu əzələlər addım atdıqda, ya tullanma zamanı yerdən təkan almağımıza kömək edir və ayaqlarda qan ləngliyini azaldır", - deyə nevroloq dəqiqləşdirib.
Həkim əlavə edib ki, ayaqların çarpaz vəziyyəti, həmçinin çanaq dibinin, çanaq diafraqmasının sıxılmasına səbəb olur, bu, varikoz yaranması riskini daha da artırır.
"Çünki bu vəziyyətdə olan diafraqma ondan keçən sinirləri, qan və limfa damarlarını sıxır, nəticədə, sidik-cinsiyyət sistemi orqanlarında mübadilə prosesləri pozulur. Düz bağırsaq, sidik kisəsi, kişilərdə prostat, qadınlarda uşaqlıq yolu müxtəlif növ iltihabi proseslərin yaranmasına daha həssas olur", - deyə Şolomitski sözlərini yekunlaşdırıb.
10Mənbələr
-
oxu.azİran XİN: "İsrailin mümkün hücumu böyük müharibəyə səbəb olacaq" ( 14583399)
-
qlobal.netAyağı ayaq üstə aşırıb oturanlar OXUSUN! - Qorxulu xəstəliklər yaradır ( 14572723)
-
Doktorm.azAyağı ayaq üstə aşırıb oturmaq qorxulu xəstəliklər yaradır ( 14572315)
-
moderator.azBelə oturmaq qorxulu xəstəliklərə gətirib çıxara bilər - XƏBƏRDARLIQ ( 14567087)
-
bizim.mediaAyağı ayaq üstə aşırıb oturmaq qorxulu xəstəliklərə səbəb ola bilər - XƏBƏRDARLIQ ( 14566393)
-
musavat.comBelə oturmaq qorxulu xəstəliklərə gətirib çıxara bilər - XƏBƏRDARLIQ ( 14564555)
-
ekologiya.azİrandan GERİ ADDIM: "Azərbaycana qarşı bəyanatlar DÜŞÜNCƏSİZ və YERSİZDİR" ( 14564489)
-
medianews.azAyağı ayaq üstə aşırıb oturmağın QORXULU FƏSADLARI ( 14564229)
-
pravda.azAyağı ayaq üstə aşırıb oturmaq qorxulu xəstəliklərə gətirib çıxara bilər - XƏBƏRDARLIQ ( 14564065)
-
demokrat.azAyağı ayaq üstə aşırıb oturmaq qorxulu xəstəliklərə gətirib çıxara bilər ( 14563563)