Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) 2024-cü ildə meydanda ən çox olan futbolçuların siyahısını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, dünyanın ən güclü 66 liqasından olan futbolçuların həm klub, həm də milli komanda səviyyəsində çıxışları təhlil edilib.
Siyahıya ilk pillədə fransalı futbolçu Jül Kunde qərarlaşıb. "Barselona"nın və Fransa millisinin 26 yaşlı müdafiəçisi 69 oyunda 5872 dəqiqə meydanda olub.
Sonrakı iki pillədə isə Braziliyanın "Fluminense" klubundan Con Arias (5599 dəqiqə - 67 oyun) və İspaniya təmsilçisi "Real"dan Federiko Valverde (5573 - 66) yer alıb.
Qeyd edək ki, ən çox oyun keçirən futbolçuların siyahısında Vircil van Deyk ("Liverpul", 5523 - 64), Nikolas Otamendi ("Benfika", 5449 - 65), Qranit Caka ("Bayer 04", 5447 - 65), David Qantsko ("Feyenoord", 5377 - 60), Feliks Eduardo Torres ("Korintians", 5369 - 64), Co Rodon ("Lids", 5276 - 58) və Uilyam Saliba ("Arsenal", 5264 - 59) da var.