AZ

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədi

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

News365.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Qeyd edilib, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması və makroiqtisadi meyillərin təhlili nəzərə alınmaqla qəbul olunub.

Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2025-ci il üzrə ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonunda yayımlanacaq.

Seçilən
10
3
news365.az

10Mənbələr