AZ

“Azərbaycanda uzun müddət Semoşka modeli tətbiq edilirdi” - Nadir Zeynalov

“Azərbaycanda çox uzun müddət Sovet dövrünün səhiyyə sistemi - Semoşka modeli tətbiq edilirdi”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib. 

Onun sözlərinə görə, bu modelin 2 əsas sütunu var ki, onlardan biri tibb xidmətlərinin pulsuz olması, digəri isə profilaktik tibbdir.

“Düşünürəm ki, Sovet İttifaqının ideologiyası üçün bu yanaşma uğurlu idi. Amma zaman dəyişir. Bizim ölkəmiz də müstəqillik qazandıqdan sonra dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindan yararlanmağa başladı və Sovet sistemindən müasir idarəçilik sisteminə keçdi”.

Onun sözlərinə görə, bu keçid dövründə çox önəmli işlər görülüb. 

“Burada çox vacib amil maddi-texniki bazanın yüksəldilməsidir. Bu müddət ərzində 700-750-dən çox tibb müəssisəsi yenidən tikilib və ya bərpa olunub. Tibb təhsili kurrikulumla dəyişdirilib”.

Bildirib ki, bu işlər içində ən önəmlisi İcbari Tibbi Sığortanın tətbiqidir.

“Öz növbəsində qısa zamanda 2 nəticəyə gəlməyə imkan verib ki, bunlardan biri səhiyyənin maliyəsinin artırılmasıdır. Bu isə tibb sahəsində daha çox iş görməyə imkan verir. İkinci nəticə isə vətəndaşların tibbi xərcləri azalıb”.

Mina Mikayılova

Seçilən
9
bakivaxti.az

1Mənbələr