AZ

Prezident Ermənistanla sülh müqaviləsinin şərtlərini ELAN ETDİ

"Ermənistan sülh müqaviləsini imzalamaq üçün iki bəndi yerinə yetirməlidir".

Turkustan.az xəbər verir ki, bunu Azərbaycan Pezidenti İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib.

“ATƏT-in Minsk Qrupunun buraxılması və Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi sülh müqaviləsinin imzalanmasına maneələri aradan qaldıracaq”, - İlham Əliyev vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə jurnalistlərə açıqlamasında demişdi ki, Ermənistanla sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb.

Nazir bildirib ki, 2 maddə ilə bağlı işlər davam edir: "Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallarımız var. Hazırda açıq suallar üzrə danışıqlar davam edir".

Ceyhun Bayramov əlavə edib ki, Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda hələ ki yekun razılaşma yoxdur.

Qeyd edək ki, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları əks olunub./modern.az

Seçilən
15
28
turkustan.az

10Mənbələr