Türkiyənin İstanbul şəhərində polis məşhur “Taksim” küçəsində yerləşən gecə klubların birində keçirilən şənliyə müdaxilə edib.
News365.az yazır ki, reyd zamanı bir qadının qul mövqeyində qəfəsə salındığı və pul ödəyən müştərilər tərəfindən qamçılandığı məlum olub.
Əcnəbi vətəndaşların da olduğu şənlikdə iştirak edən 32 nəfər saxlanılıb.
Şənliyi təşkil edən 9 nəfər ədliyyəyə göndərilərkən, 8 şübhəli həbs olunaraq həbsxanaya aparılıb.
Basqın zamanı ələ keçirilən külli miqdarda cinsi məzmunlu material hüquq – mühafizə orqanı tərəfindən müsadirə edilib.