Li Ti gözlənilən aqibətlə üzləşib.
Çin yığmasının keçmiş baş məşqçisi korrupsiyada ittiham olunaraq 20 il həbs cəzası alıb. Hökm dekabrın 13-də Çinin Hubey əyalətinin Siannin şəhərinin məhkəməsi tərəfindən çıxarılıb. İstintaq mütəxəssisin 2019-21-ci illərdə 50 milyon yuandan (təxminən 7 milyon dollar) çox rüşvət aldığını müəyyən edib. Həmçinin məlum olub ki, çinlilər korrupsiya sayəsində ölkənin əsas yığmasında vəzifə alıblar.
Ti 2020-ci ildən 2021-ci ilə qədər milli komandasına rəhbərlik edib. Onun futbolçu karyerasında daha çox İngiltərənin “Everton” klubundakı oyunu ilə tanındığını da bildirək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta