AZ

Zelenski Donbass və Krımın itirildiyini etiraf edib

Ukraynanın Donbass və Krımı öz nəzarətinə “qaytarmağa” imkan verəcək resursları yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Le Parisien” qəzetinə ölkə prezidenti Vladimir Zelenski bildirib.

“Buu bölgələr indi Rusiyanın nəzarəti altındadır. Bizim onları geri qaytarmağa gücümüz yoxdur. Biz Putini danışıqlar masası arxasına oturmağa məcbur etmək üçün yalnız beynəlxalq ictimaiyyətin diplomatik təzyiqinə arxalana bilərik",- deyə Ukrayna lideri bildirib.

Ukraynanın müharibəni bitirmək üçün güzəştə getməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandıran prezident mənfi cavab verib və Kiyevin Krıma və ya Donbasa olan iddialarından əl çəkməyə hazır olmadığını bildirib.

Seçilən
6
4
operativmm.az

6Mənbələr