Almaniya iqtisadiyyatının zəifliyi xroniki xarakter alıb və biznes mühiti indeksi 2020-ci ilin may ayından bəri ən aşağı səviyyəyə düşüb.Missiya.Az xəbər verir ki, bu barədə “İfo” Münhen İqtisadi Araşdırmalar İnstitutunun bəyanatında deyilir.
Vurğulanıb ki, “Ifo” biznes mühiti indeksi dekabrda 0,9 bənd azalaraq 84,7 bənd olub. Bu, 2020-ci ilin may ayından bəri ən aşağı dəyərdir. Belə ki, iqtisadçılar 85,5 bənddə çox az dəyişiklik gözləyirdilər. “Ifo” biznes mühiti indeksi təxminən 9 min alman müəssisəsinin sorğusu əsasında hesablanır və Almaniya iqtisadiyyatındakı vəziyyəti xarakterizə edən əsas göstərici hesab olunur.
Xatırladaq ki, Almaniya iqtisadiyyatı ciddi böhran yaşayır. Noyabrda ölkədə inflyasiya sürətlənərək illik 2,2% təşkil edib. İnflyasiya səviyyəsi ikinci aydır ki, artıb.
Zərintac MayisqızıMissiya.Az