Sumqayıtda bir ailənin beş üzvü dəm qazından zəhərlənib.
“Report” xəbər verir ki, hadisə şəhərin Yaşıl dərə yaşayış massivində qeydə alınıb.
Dəm qazından zəhərlənən şəxslər 1985-ci il təvəllüdlü Qabil Niftalı oğlu Orucov, onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Gülbuta İmamverdi qızı Orucova, övladları-2019-cu il təvəllüdlü Niftalı Qabil oğlu Orucov, 2008-ci il təvəllüdlü Aysun Qabil qızı Orucova və 2016-cı il təvəllüdlü Samirə Qabil qızı Orucovadır.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata əsasən, Təcili Tibbi Yardım Xəstəxanası və Uşaq Xəstəxanasına hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.