AZ

Elm və Təhsil Nazirliyi dayanmır: Daha bir milyonluq müqavilə…

Elm və Təhsil Nazirliyi daha bir tenderinə yekun vurub. Tribunainfo.az xəbər verir ki, nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti Təhcizat İdarəsi bu dəfə də milyonluq satınalma müqaviləsi imzalayıb.
Belə ki, İdarə Respublikanın bir sıra təhsil müəssisələrinin təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınmasını həyata keçirməyi qərarlaşdırıb.
Nazirlik bu dəfə də “yad şirkətə” tender verməyib. Əksinə, ənənəvi “müştərilərindən” biri olan “ELİTE CONSTRUCTİON” MMC-lə anlaşma əldə edib. Satınalma müqaviləsinin dəyəri isə 2.648.775,26 manat qeyd edilir.
Qeyd edək ki, bu şirkət 2022-ci ildə Şəki, Qəbələ və Oğuz rayonlarında məktəblərin təmir işinin qalibi olub. Həmin vaxt satınalma müqaviləsinin dəyəri isə 1 milyon 207 min 365 manat olub. Təkcə, 2022-ci ildə “Elite Construction” MMC Təhsil Nazirliyinin 4 milyonluq 4 tenderinin qalibi olub.
Azərbaycanda iki şirkət rebrendinqə gedib.
Tribunainfo.az bildirir ki, “Elite Construction” MMC 2021-ci ildə yaradılıb. Buna qədər isə şirkət “Dekor-İnteks” MMC adı altında fəaliyyət göstərib. MMC 3500 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Quliyev Ramiz Məhəmməd oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

phrase_var_article.chosen
36
tribunainfo.az

1phrase_var_article.sources