AZ

Saxta informasiyalardan necə qorunaq? - RƏY

"Təəssüf ki, müasir dünyada qarşılaşdığımız xəbərlərin yalan və ya gerçək olduğunu bilmək bir qədər çətindir". 

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, indiki dövrdə gün ərzində çox sayda xəbər qarşımıza çıxır:

"Lakin xəbəri ilk oxuduğumuz anda onun mütləq şəkildə doğru olduğuna inanmalı deyilik. Çünki çox vaxt oxuduğumuz xəbər əslində reallığı əks etdirmir. Buna görə də gördüyümüz xəbərə inanmadan və ya reaksiya vermədən öncə onu araşdırmaq lazımdır".

364408

Ekspert qeyd edib ki, doğruluğunu təsqidlənməyən xəbərlər cəmiyyəti çaşdırmaq üçün məqsədyönlü şəkildə yayılır:

"Üstəlik, indiki internet dövründə hər hansısa xəbər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq çox sayda insana çatır. Əfsuslar olsun ki, onların əksəriyyəti də xəbərin doğruluğunu araşdırmadan ona inanırlar və başqalarına da çatdırırlar. 

Əslində, hər paylaşılan xəbər doğru olmur. Dezinformasiya ehtimalı da hər zaman mövcuddur. Bəzi insanlar müxtəlif məqsədlərlə yalan xəbərlər yayırlar. Xüsusilə sosial şəbəkələrdə buna daha çox rast gəlirik. Bəzi sosial şəbəkələr tanınmaq üçün yalan xəbərlər paylaşırlar. Həmin xəbərlərə baxanda görürük ki, əslində yalandır". 

Nabat Mirzəyeva saxta xəbərlərin necə müəyyənləşə biləcəyini də qeyd edib:

"Ümumiyyətlə, xəbərləri rəsmi qurumlardan və agentliklərdən almaq doğrudur. Həmçinin, verdiyi xəbərlərin həqiqiliyi şübhə doğurmayan nüfuzlu media orqanlarının təqdim etdiyi xəbərlərə inanmaq lazımdır. Sosial şəbəkələrdə reytinq yığmaq üçün bəzi dezinformasiya paylaşan səhifələrdən və yalan məlumat tirajlayan saytlardan uzaq durmaq lazımdır. 

Düşünürəm ki, cəmiyyət yalan xəbərlərə inanmadıqca, onları yayanlar da öz məqsədlərinə çata bilməzlər. Bu isə belə dezinformasiya cəhdlərini azaldar. Ona görə də yalan xəbərləri gerçək xəbərlərdən ayrımağı bilmək və dezinformasiyalara inanmamaq lazımdır". 

Pərviz
 

Seçilən
4
hit.az

1Mənbələr