AZ

Türkiyə Suriyadakı Rusiya sistemlərini iflic etdi - Şok iddia

Türkiyənin elektron döyüş sistemləri Suriyada Bəşər Əsəd rejiminin hərbi telekomunikasiyalarının zərərsizləşdirilməsinə böyük töhfə verib.

Missiya.Az xəbər verir ki, belə bir iddianı Fransanın kəşfiyyat məlumatları ilə bağlı təhlil aparan “İntelligence Online” nəşri irəli sürüb.

Bildirilir ki, Əsəd rejimi qüvvələrinin əsas komanda mərkəzlərini hədəf alan bu əməliyyatlar bir neçə gün davam edib və rejimin kommunikasiyalarını iflic etmək məqsədi daşıyıb.

Əməliyyatlar Türkiyəyə məxsus “Milkar-4A2” radioelektron mübarizə vasitəsi və  “İlgar Mobil” V/UHF elektron hücum sistemi vasitəsilə həyata keçirilib.

Qeyd olunub ki, sözügedən sistemlərin birgə fəaliyyəti ilə iflic vəziyyətə düşən rejim ordusu nə baş verdiyini bilmədiyi üçün əks-hücumlara keçə bilməyib.

Məlumata görə, Türkiyə tərəfi Rusiyanın müdafiə sənayesi şirkəti olan “Rostek”in müxtəlif törəmə şirkətləri tərəfindən istehsal olunan “Araxis” və “Azart” kimi radielektron sistemləri hədəf alıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
4
missiya.az

5Mənbələr