"Azerconnect" MMC, Sabit xidmətlər əlaqə mərkəzi üzrə təmsilçi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Müraciət edən abunəçilərə səmərəli və dəqiq cavab vermək, mümkün həll yollarını izah etmək və müştərinin dəyərli olduğunu hiss etməsini təmin etmək;
- Kanalda daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğularını üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
- Müraciətinin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək;
- Rəhbərlik tərəfindən təyin edilmiş KPİ-lara nail olmaq;
- Abunəçinin müraciətlərini effektiv və vaxtında həllini təmin etmək üçün daxil/çıxan zəngləri idarə etmək;
- Müştəri ilə müsbət etibarlı münasibət qurmaq və saxlamaq üçün əlavə səy göstərmək;
- Şirkətin siyasət və prosedurlarına əməl etmək;
- Rəhbərlik tərəfindən vəzifə ilə bağlı verilən digər tapşırıqları yerinə yetirmək;
- Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
- Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.
Tələblər:
- Orta və ya ali təhsil
- MS Office proqramlarını bilmək
- Azərbaycan və rus dilləri – əla (mütləqdir); İngilis dili – kafi
- Müştəri yönümlük & Komandada işləmə bacarığı
- Çeviklik.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az