İsveçrə deyir ki, Dağlıq Qarabağ erməniləri geri dönməlidir.
Parlamentin aşağı palatası olan İsveçrə Milli Şurası gələn il Dağlıq Qarabağ üzrə beynəlxalq sülh forumunun təşkili ilə bağlı Federal Şuraya çağırış edib. 96 deputatdan 16-sı bitərəf olmaqla 80 nəfər bu təklifin lehinə səs verib.
Parlamentdə əksəriyyət İsveçrənin Azərbaycanla Dağlıq Qarabağ ermənilərinin nümayəndələri arasında açıq dialoqa yardım etməli olduğu qənaətindədir.
“Bu, beynəlxalq nəzarət altında aparılmalıdır. Məqsəd “burada-Qarabağda tarixən məskunlaşmış erməni əhalisinin təhlükəsiz və kollektiv şəkildə qayıtması üçün danışıqlar aparmaqdır”, deputatlar deyirlər.
Bu təklif parlamentin yuxarı palatası olan Dövlətlər Şurasına göndərilir. Dövlətlər Şurası təklifi təsdiq edərsə, konfransın təşkili milli hökumətə həvalə olunacaq.
Isveçrənin xarici işlər naziri İqnasio Kassis bu təklifə qarşı çıxıb…
Xatırldaım ki, İsveçrə parlamenti bu ilin oktyabrında da eyni xarakterli çağrış etmişdi.
P.S Bəzi dostlarımız deyir ki, sən Qərbdə yaşayırsan, ancaq Avropa dəyərlərini gözdən salırsan. Qərbi tənqid edirsən. Mən İsveçrə vətəndaşıyam, sizin məntiqə görə, mən parlamentin qərarını alqışlamalıyam...
Və ya İsveçrə qondarma erməni genosidini rəsmən tanıyıb. Qanunla İsveçrədə kimsə erməni genosidini inkar edə bilməz. İnkar edən cazalandırılacaq. Qanun belədir. İndi mən İsveçrə vətəndaşı olduğuma görə erməni soyqırımını tanımalıyam? Azərbaycan bu tip adamlarla doludur. Bir çoxu da özünə müxalifətçi sayır. Şəxsən mənə erməniyə qucaq aşan müxalifət lazım deyil...
Elbəyi Həsənli
visiontv.az