AZ

Tramp daha ucuz qiymətlər, daha çox neft hasilatı vəd edir

Bu il ABŞ prezident seçkilərində seçicilər üçün ən önəmli məsələlərdən biri iqtisadiyyat idi. Donald Trampın hakimiyyətə geri dönməsini gözləyən bir çox amerikal; deyir ki, onlar onun əsas prioritetlərindən birinin iqtisadiyyatı yaxşılaşdırmaq olacağını gözləyir.

Donald Tramp seçki kampaniyası zamanı diqqəti iqtisaddiyata yönəltmişdi və qələbə nitqində də bunu davam etdirdi.

“Mən uşaqlarımızın layiq olduğu və sizin layiq olduğunuz güclü, təhlükəsiz və firavan Amerika təmin etməyənə qədər dincəlməyəcəm,” ABŞ prezident seçilən Donald Tramp deyib.

“Çox sayda seçicinin diqqət mərkəzində iqtisadiyyat olduğu bir vaxtda, AP VoteCast sorğusu göstərir ki, ailənin maddi durumunun pisləşdiyini deyən seçicilərin nisbəti dörd il öncə ilə müqayisədə artıb,” Kaiser Ailəsi Fondundan Aşli Kirzinger deyir.

Kirzinger deyir ki, çox insan iqtisadiyyat səbəbilə Trampa səs verib – bununla da seçicilər bir mesaj göndərib - məğlub olan tərəf də bunu aydın bir şəkildə dərk edir.

Hakim Ceffris Nümayəndələr Palatasında Demokratlara rəhbərlik edir.

“Onlar bizim diqqətimizi vacib olan məsələlərə yönəltməyimizi və zəhmətkeş Amerika vergi ödəyicilərinin problemlərini həll etmək üçün bir araya gəlməyimizi istəyirlər ki, bu da maaşdan maaşa dolanmaq üçün mübarizə aparan amerikalıların xərclərini azaltmaqdan başlayır,” Ceffris bildirib.

Nyu Meksikoda Cudi Evans deyir ki, o, qiymətlər çox yüksək olduğuna görə Trampa səs verib.

“Şübhəsiz ki, inflasiya mənə təsir göstərib. Mənim ərzaqlara xərclədiyim pul son iki ildə ikiqat artıb. Elektrik pulu və bənzər şeylər də kifayət qədər çox artıb,” o deyir.

Şimali Karolinada Aaron Anderson Trampın iqtisadiyyat məsələrində gördüyü işlərdən heyrətlənir.

“Tramp bunu bizim üçün düzəldəcək. O daha öncə də burada olanda hər şey yaxşı idi, və o indi yenə bunu yoluna qoyacaq,” Anderson bildirir.

Seçici Çarlz Budro yeni adminsitrasiyanın sürətli bir şəkildə hərəkətə keçməsini gözləyir.

“Onların daha az nizamlamaları olacaq. Onlar müəyyən sahələrə daha çox pul xərcələyəcəklər. İnsanların müəyyən sahələrdə daha çox pul xərcləmələri üçün daha çox pulları olacaq. Benzin qiymətləri azalacaq,” o deyir.

Ancaq maliyyə professoru Maykl Veber deyir ki, ABŞ-da istehlakçılar üçün dəyişiklik bu qədər sürətli olmaya bilər.

“Günün sonunda Ağ Evdə kimin olduğundan asılı olmayaraq, prezidentin qısa müddətdə iqtisadi siyasətlə bağlı anlayışı çox az olur, xüsusilə də ərzaq qiymətləri, bizim gündəlik həyatda qarşılaşdığımız qiymətlərlə bağlı,” Çikaqo Universitetindən Maykl Veber deyir.

Trampın iqtisadi planlarına daha çox neft hasil etmək, vergiləri azaltmaq və idxala tariflər tətbiq etmək daxildir ki, bir çox iqtisadiyyatçı bu tariflərin Amerika istehlakçıları üçün qiymətlərin artmasına gətirib çıxaracağına inanır.

visiontv.az



Seçilən
20
visiontv.az

1Mənbələr