AZ

Yassin Benzyanı üzən xəbər... - “Mançester Yunayted”in hücumçusu qalib gəldi

2024-cü il üzrə FİFA-nın "Ferens Puşkaş" mükafatının qalibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, qalib “Mançester Yunayted”in argentinalı hücumçusu Alehandro Qarnaço olub. O, 26 səs toplayıb.

Qarnaço İngiltərə Premyer Liqasının 2023/24 mövsümündə 13-cü turun “Everton”la matçında vurduğu qol 2024-cü ilin ən yaxşı qolu seçilib.

"Puşkaş" mükafatına "Qarabağ"ın futbolçusu Yassin Benzya da namizəd göstərilmişdi. Onun Əlcəzair millisinin heyətində bu il martın 26-da Cənubi Afrikanın qapısına akrobatik tullanışla vurduğu gözəl qol ən yaxşılar sırasında yer almışdı.

Qeyd edək ki, Benzya siyahıda 11 futbolçu arasında ikinci yeri olub. O, 22 xal toplayıb və Qarnaçodan cəmi 4 xal geridə qalıb. Üçüncü yeri isə 16 xalla Denis Omedi tutub.

Seçilən
18
football-plus.az

1Mənbələr