AZ

HTŞ lideri əl-Culani: Əsədin devrilməsi Suriya və Türkiyə xalqlarının qələbəsidir

“Həyat Təhrir əş-Şam” lideri əl-Culani Əsədin devrilməsini Suriya və Türkiyə xalqlarının qələbəsi kimi qiymətləndirib.

“Bizim Türkiyə ilə strateji əlaqələrimiz olacaq. Türkiyənin yeni Suriya dövlətinin yaradılmasında bir çox prioritetləri var. Qarşılıqlı ticarət əlaqələri olacaq, Türkiyənin iqtisadi inkişaf təcrübəsini Suriyaya köçürəcəyinə inanırıq. Biz sosial əlaqələri qoruyacağıq. Bu qələbə təkcə Suriya xalqının deyil, həm də Türkiyə xalqının qələbəsidir”, deyə “Yeni Şəfəq”ə müsahibəsində “Həyat Təhrir əş-Şam” lideri əl-Culani bildirib.

O, həmçinin qeyd edib ki, Türkiyə ən çox suriyalı qaçqını qəbul edən və “onlara digərlərindən daha çox hörmətlə yanaşan” ölkədir.

Ülviyyə, Hurriyyet.az

Seçilən
7
hurriyyet.az

1Mənbələr