AZ

Yeni Dehlidə əhaliyə evdə qal çağırışı edildi

Hindistanın Səhiyyə Nazirliyi paytaxt Yeni Dehlidə hava çirkliliyinə görə vətəndaşlara mümkün qədər evdə qalmaq xəbərdarlığı edib.

Gundem.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Yeni Dehlidə Hava Keyfiyyəti İndeksi (AQI) təhlükəli sayılan 300 həddini keçərək 581-ə yüksəlib.

Şəhərdə məktəblərin əksəriyyəti distant təhsil modelinə  keçib, bütün tikinti və söküntü işləri müvəqqəti olaraq qadağan edilib.

Səhiyyə mütəxəssisləri nəfəs almaqda çətinlik, göz və boğazda qaşınma kimi şikayətlərlə qarşılaşan vətəndaşlara mümkün olduca evdə qalmağı, açıq havada maska taxmağı tövsiyə edib. 

Qeyd edək ki, Hindistanın ən sıx əhalisi olan Yeni Dehlidə evlərdə istilik sistemi olaraq odun, kömür və küləşdən istifadə edilir. Bu da hər qış şəhərdə çirklilik səviyyəsinin maksimum dərəcəyə çatmasına səbəb olyur.

Seçilən
0
2
gundem.az

3Mənbələr