Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan xarici ölkələrə 1 milyard 745 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 93 milyon 934 min dollar olub.
Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri 9 qəpik (5,4 sent) təşkil edib.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan elektrik enerjisi 2,3 dəfə azalıb. Belə ki, ötən ilin ilk 11 ayında xarici ölkələrə 379 milyon dollar dəyərində 3 milyard 923 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Ötən il xaricə satılan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri isə 16 qəpik təşkil edib.
Elnur Əli