AZ

Avropa Parlamentinin sədri Roberta Metsola dekabrın 17-də Strasburqda Andrey Saxarov adına mükafatın təltifetmə mərasimində bir daha bu mükafatın finalçılarından olan iqtisadçı alim Qubad İbadoğluna qarşı ittihamları ləğv etməyə çağırıb. 

O, zalda olan İbadoğlunun qızı Jalə Bayramovanı salamlayıb.

Metsola qeyd edib ki, Azərbaycanda əsassız və ədalətsiz həbsindən sonra hazırda ev dustaqlığında olan İbadoğlunun səhhəti pisləşib.

"Fürsətdən istifadə edərək, Azərbaycan hakimiyyətini doktor İbadoğluna qarşı bütün ittihamları ləğv etməyə, onun ölkədən çıxışına qoyulmuş qadağanı ləğv etməyə və ona təcili şəkildə ehtiyacı olan tibbi yardımı göstərməyə çağırıram", deyə Metsola bildirib.

Qeyd edək ki,  Azərbaycan hakimiyyəti İbadoğlunun Saxarov adına mükafatın təltifetmə mərasimində iştirak etmək üçün Strasburqa getməsinə icazə verməkdən imtina edib.

*  İbadoğlu 2023-cü ilin iyulunda həbs edilib. Ona qarşı CM-in 204.3.1-ci (saxta pulların satılması), həmçinin 167-3.1-ci (ekstremist materialların saxlanması və yayılması) maddələri ilə ittiham irəli sürülüb.

Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, siyasətçilər, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar. O, siyasi məhbus kimi tanınıb.

22 aprel 2024-cü il tarixində məhkəmə müdafiə tərəfin İbadoğlunun ev dustaqlığına keçirilməsi haqqında vəsatətini təmin edib. 

Lakin mayın 4-də polis əməkdaşları ona uzaqdan müşahidə üçün elektron qolbaq taxıblar.

Sentyabrda İbadoğluya onun işi üzrə istintaqın dayandırıldığı bildirilib, lakin onun ölkədən çıxışına qoyulmuş qadağa ləğv olunmayıb.

To view this video please enable JavaScript, and consider upgrading to a

web browser that

supports HTML5 video

Seçilən
14
turan.az

1Mənbələr