AZ

Azərbaycanda tibbi turizm xidmətlərinin spektri genişləndirilə bilər

Dövlət Turizm Agentliyi Azərbaycanda tibbi turizm xidmətlərimizin spektrini genişləndirməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Agentliyin Aparat rəhbəri Kənan Qasımov Bakıda keçirilən Səhiyyə İdarəçiliyi Zirvəsində bildirib.

"Hazırda bütün tibbi turizm xidmətlərini tam şəkildə təqdim etmək mümkün olmasa da, müəyyən sahələrdə fəaliyyətə başlamağa, təcrübəmizi tətbiq etməyə hazırıq. Daha sonra digər tibbi turizm xidmətlərini də bu siyahıya əlavə edərək xidmət spektrimizi genişləndirə bilərik,” - deyə o qeyd edib.

K.Qasımov tibbi turizm sektorunda gəlirlərin artmasının bu sahədə fəaliyyət göstərən müəssisələrin inkişafına, tibb personalının maaşlarının yüksəlməsinə və xəstəxanaların texniki bazasının güclənməsinə birbaşa təsir göstərəcəyini vurğulayıb. O, deyib ki, bu proses həm xarici, həm də yerli turistlərin daha keyfiyyətli tibbi xidmət almasını və ölkənin tibbi turizm bazarında rəqabət qabiliyyətinin artmasını təmin edəcək.

“Gəlirlərin artması tibbi müəssisələrdə innovativ texnologiyaların tətbiqinə, peşəkar mütəxəssislərin işə cəlb edilməsinə və tibbi xidmətlərin daha yüksək səviyyədə təşkil edilməsinə şərait yaradacaq” - deyə Aparat rəhbəri əlavə edib.

Seçilən
17
1
far.az

2Mənbələr