AZ

Bədəlov: “Başqa yolumuz yoxdur və ancaq qələbə qazanmalıyıq”

“Sumqayıt” Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ”a uduzub – 0:6.

“Kimyaçılar”ın futbolçusu Elvin Bədəlov “FutbolPress“ə açıqlamasında məğlubiyyətlə bağlı fikirlərini bölüşdü:

“Oyun gözlədiyimiz kimi çətin keçdi. “Qarabağ”ın gücü hamıya bəllidir, lakin bizim də yaxşı nəticəyə ümidimiz var idi. Sadəcə tez qol buraxandan sonra oyunumuz alınmadı. Futbolda belə oyunlar olur. Bəzən günündə olmursan. İndi bunu unudub, gələn oyunlara hazırlaşmalıyıq”.

Kapitan məğlubiyyətin komandaya pis təsir etməyəcəyini bildirdi. O, növbəti turun “Kəpəz”lə matçı haqda fikirlərini bölüşdü:

“İnanıram ki, bu, pis təsir etməyəcək. Komanda yoldaşlarıma inanıram. Başa düşürük ki, ilin son oyunu olacaq və fasilə qabağı buna köklənməliyik. “Kəpəz”ə hörmətlə yanaşırıq. Onlar da son turlarda yaxşı formadadırlar. Lakin başqa yolumuz yoxdur və ancaq qələbə qazanmalıyıq. Pis tərəfi fikirləşmirik, ağlımızda ancaq üç xaldır”.

Şahin Cəfərov

Seçilən
14
futbolpress.az

1Mənbələr