AZ

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 18-də ÜDTRŞ və Ria Novosti-yə müsahibəsində Qərbin Azərbaycana və Cənubi Qafqaz regionuna qarşı siyasətinin tənqidinə böyük yer ayırıb.

Onun sözlərinə görə, Bayden administrasiyası tarixə israrçı düşüb  - lazım olmayan yerdə kömək etmək istəyir. "Onların USAID kimi kömək etmək istəyən bir qurumu var. Amma nədənsə, lazım olmayan yerdə kömək etmək istəyirlər", deyə Əliyev bildirib.

Rusiya doğru olaraq öz ərazisində USAID-in fəaliyyətini qadağan edib, deyə o, əlavə edib.

"Biz hər şeyi başa düşürük, buna görə də hər şeyi nizamlamışıq. Məsələn, Azərbaycan mediası xarici mənbələrdən 1% belə maliyyələşə bilməz. Niyə maliyyələşsin? Biz ABŞ mediasını maliyyələşdirmirik, onlar niyə bizim mediamızı maliyyələşdirsin? 

Onlar onsuz da "Amerikanın Səsi", "Azadlıq Radiosu" kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə çirkab axıdır və Ermənistana qarşı qələbəmizə kölgə salır", deyə Əliyev bildirib.

Daha sonra o, COP29 iqlim konfransının keçirilməsi ilə əlaqədar Qərb KİV-lərində Azərbaycana qarşı aparılan kampaniyanı xatırladıb. Bununla əlaqədar olaraq, o, Washington Post, New York Times, Figaro və Monde-ni "yalançı dördlük" adlandırıb.

Əliyev həmçinin ABŞ və Fransanı Ermənistanı silahlandırmaqda ittiham edir. Fransanın Ermənistana hücum silahları tədarük etməsi Azərbaycan üçün təhlükə yaradır. "Bu, bizim dəfələrlə həm açıq şəkildə, həm Ermənistan baş naziri ilə danışıqlarda haqqında danışdığımız, narahatlığımızı diqqətə çatdırdığımız bilavasitə təhdiddir", deyə Azərbaycan dövlət başçısı bildirib.

Bakı bu narahatlığı Fransa hökumətinin və ABŞ rəhbərliyinin nəzərinə də çatdırıb.

"Biz dəfələrlə Ermənistanın və onun ABŞ Dövlət Departamentindəki himayədarlarının nəzərinə çatdırmışıq ki, buna son qoyulmalıdır. Lakin, təəssüf ki, bizim səsimiz eşidilmir. Ermənistanın silahlanması prosesi sürətlə davam edir", deyə Əliyev qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın hərbiləşməsi ilə əlaqədar Azərbaycan da silahlanmaq məcburiyyətindədir və gələn il dövlət büdcəsindən müdafiə xərclərinə 5 mlrd. ABŞ dolları ayrılıb, bir halda ki, Bakı bu xərclərin böyük hissəsini işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldə bilərdir.

Lakin Ermənistan silahlanma yarışına tab gətirmək iqtidarında deyil. Azərbaycana qarşı təxribat olarsa, ABŞ və Fransa Ermənistana kömək edə bilməyəcək.

Daha sonra Əliyev Rusiyanı Azərbaycanın "etibarlı tərəfdaşı" adlandırıb. Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır, deyə o qeyd edib. Ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə vəziyyətə anlayış göstərmişik və özümüzü dost kimi aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq", deyə o, sözünə davam edib.

Əliyev qeyd edib ki, "Rusiyanın müdafiə sənayesi hazır olan kimi" Azərbaycan RF-dən silah almağı bərpa edəcək. O, Putin komandasına sanksiya siyasətinin mənfi nəticələrini minimuma endirməkdə "qətiyyətlilik" arzu edib.

Daha sonra Əliyev Fransa prezidenti Emmanuel Makronu tənqidə məruz qoyub, onu "diktatura" qurmaqda ittiham edib. Fransa Mayotta və Yeni Kaledoniyanı "qanunsuz olaraq əlində saxlayır" və Bakı bütün qəlbi ilə "hüququ olmayan xalqları" dəstəkləyir.

Onun fikrincə, Makron hökumətinin "təkəbbürü" Azərbaycanla münasibətləri "məhv edib".

Əliyev Makronu Gürcüstanın işlərinə qarışmaqda da ittiham edib. Onun sözlərinə görə, Gürcüstandakı etirazlardan da "Makronun izləri" görünür. "Adam öz ölkəsində otura bilmir, mütləq Gürcüstana da müdaxilə etməlidir", deyə Əliyev qeyd edib.

Seçilən
14
turan.az

1Mənbələr