AZ

SEPAH neft pullarını proksi qruplara ötürür

İran İslam İnqilabı Keşikçiləri (SEPAH) neft sənayesi üzərində nəzarəti artırıb və ixrac gəlirlərinin yarısına qədərini Yaxın Şərq üzrə proksi qruplara verir.

Bu barədə "Reuters" Qərb və İran təhlükəsizlik və ticarət mənbələrinə istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən mənbələr "Reuters"-ə bildiriblər ki, SEPAH İranın neft ixracatının 50 faizinə qədərinə nəzarət edir, bu da üç il əvvəlki təxminən 20 faizlə müqayisədə əhəmiyyətli artımdır.

Onların sözlrinə görə, bu statistik məlumat dəniz daşımaları haqqında məlumat sənədləri və SEPAH ilə əlaqəli neft tankerlərinin və şirkətlərin fəaliyyətinin monitorinqi yolu ilə hesablanıb.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Əsəd rejiminin İrana 30 milyard dollar borcu olduğu barədə məlumatları təsdiq edib.

Bu borcların bir hissəsi SEPAH-ın Suriyaya və orada olan İrana bağlı proksi qüvvələrə göndərdiyi neftin pullarıdır.

visiontv.az



Seçilən
8
visiontv.az

1Mənbələr