AZ

Fuad Nəcəfli: "Bu il Naxçıvanda yerli gəlirlərin payı 50 %-dən çox olacaq"

Əgər 2 il bundan əvvəl Naxçıvan Muxtar Respublikasının büdcəsində yerli gəlirlərin payı 20-25 % idisə, bu ilin sonunda 50 %-dən çox olacaq.

“XQ” xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün şəhərdə keçirilən Maliyyə Forumunda bildirib.

"Son 2 ildə muxtar respublikada yeni idarəetmə metodunun üsullarının tətbiqi ilə aparılan islahatlar maliyyə sektorunu da əhatə edib. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq maliyyə intizamının gücləndirilməsi, büdcənin düzgün tərtib və icra edilməsi, yerli gəlirlərin artırılması və dotasiyanın azaldılması istiqamətində ardıcıl işlər aparılır. Naxçıvanda dövlət satınalmalarının qanunvericiliyin tələblərinə uyğun keçirilməsi ilə bağlı da sistemli iş aparılır ki, bu da dövlət vəsaitindən təyinata uyğun - düzgün istifadəni təmin edir. Hesab edirəm ki, bu günki tədbirdə yeni hədəflər müəyyənləşəcək və forum muxtar respublikada dövlətin maliyyə siyasətinin həyata keçirilməsi sahəsində faydalı olacaq", - deyə o qeyd edib.

 

Seçilən
6
1
xalqqazeti.az

2Mənbələr