AZ

Azərbaycanda qızılcaya yoluxma halı kəskin azalıb

"Qızılcaya yoluxma halı kəskin azalıb".
Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Qızılcaya yoluxma halı kəskin azalıb. Hazırda ölkədə qızılcaya yoluxma ilə bağlı narahatlıq yoxdur".

O həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi oktyabr ayından etibarən TƏBİB tabeli tibb müəssisələrini qripə qarşı vaksinlə təmin edib. Vaksinasiya ilə əlaqəli kifayət qədər müraciət var və əhalinin böyük əksəriyyəti artıq peyvənd olunub.
Seçilən
7
8
sherg.az

10Mənbələr