AZ

Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişin daşınmalarının həcmi açıqlanıb

Azərbaycanda dəniz nəqliyyatı ilə bu ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 7932,5 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən FED.az verilən məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz azdır.

Məlumata əsasən, yüklərin 48,6 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 12 921,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10 377 min tonunu və ya 80,3 faizini tranzit yüklər təşkil edib.

2024-cü il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 591,3 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 19,3 faiz artaraq 26,0 min nəfər olub.

Seçilən
1
2
fed.az

3Mənbələr