1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda Yeni ilin gəlişinin xəbərçilərindən biri olan "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası keçirilir.
Oxu.Az xəbər verir ki, dekabrın 15-i fəaliyyətə başlayan yarmarka 2025-ci il yanvarın 15-nə qədər davam edəcək.
Xatırladaq ki, "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının təşkilatçısı "Nargis" Fondudur.
Fond 2012-ci ildə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmud tərəfindən təsis edilib. 2013-cü ildən etibarən fond tərəfindən hər il Yeni il bayramı ərəfəsində "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası təşkil olunur.
Xeyriyyə yarmarkasından hər kəs Yeni il hədiyyələri, suvenirlər, kitablar və s. əldə edə, kiçik kafelərdə çay, qəhvə, eləcə də digər isti və ya soyuq içkilər içə, müxtəlif təamlardan dada bilər.
Yarmarkadan fotoları təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az