AZ

Qanvermə aksiyası keçirilib

Naftalan Şəhər Mərkəzi Xəstəxanasında bu il ikinci könüllü qanvermə aksiyası keçirilib.

Mərkəzi Qan Bankının ixtisaslaşdırılmış tibb briqadasının həkim-hematoloqları tərəfindən qanvermənin faydaları barədə aksiya iştirakçılarına məlumat verilib. Hər bir donor tibbi müayinədən keçdikdən sonra, qan analizi götürülüb və aksiyaya qoşulmaları ilə bağlı rəy verilib.

Aksiyada Şəhər İcra Hakimiyyətinin başçısı, ŞPŞ-nin rəisi, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların, hotel və müalicə mərkəzlərinin əməkdaşları, könüllülər iştirak edərək ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək olublar.

Humanist addım kimi mühüm əhəmiyyət daşıyan aksiyanın keçirilməsi irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədi daşıyır.

Aksiya Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən həyata keçirilib.

Seçilən
7
naftalan-ih.gov.az

1Mənbələr