AZ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 30 məktəbdə inklüziv sinif fəaliyyət göstərir

2024-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə ümumilikdə 175 şagird inklüziv təhsilə cəlb edilib.

BŞTİ-dən TƏHSİL.BİZ -ə bildirilib ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən 2024-2025-ci tədris ilindən etibarən inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinə 12 məktəb (10, 127, 185, 194, 204, 231, 262, 283, 307, 308, 309 və 315) əlavə olunub.

Ümumilikdə idarənin tabeyindəki inklüziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb. 2024-2025-ci tədris ilində inklüziv siniflərə 57 sağlamlıq imkanları məhdud şagird cəlb olunub.

Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.

Seçilən
6
7
tehsil.biz

8Mənbələr