Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Kəlbəcər və Laçın rayonlarına yağan qar nəticəsində müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün tədbirlər görülür, yollar qardan təmizlənir.
Bu barədə Moderator.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, bütün yollar boyu təhlükəsiz və fasiləsiz hərəkət təmin olunur.