AZ

Mariya Zaxarova Ermənistanın hökumətyönlü “Telegram” kanallarını oxumamağı tövsiyə edib

Moskva, 18 dekabr, AZƏRTAC

Ermənistanın hökumətyönlü “Telegram” kanallarını oxumaq xəstəliyə səbəb ola bilər. Ona görə də onları oxumamaq daha yaxşıdır.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Ermənistanın “Telegram” kanallarında yayılan geniş məlumatlara görə, Azərbaycanın guya üçüncü ölkə vasitəsilə Hindistana silah alınması ilə bağlı təklif göndərdiyi barədə sualını cavablandırıb.

“Ermənistanda hökumətyönlü “Telegram” kanalları çox şeylərə inandırmağa çalışırlar. Onları oxusanız, mənə elə gəlir ki, xəstələnə bilərsiniz. Ona görə də onları oxumamaq daha yaxşıdır - onlar bəzən elə cəfəngiyyatlar yayırlar”, - deyə Zaxarova bildirib.

O əlavə edib ki, Azərbaycan və Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı bu dövlətlərin öz işidir: “Müvafiq qarşılıqlı əlaqələrin necə qurulması onların işidir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

 

Seçilən
7
5
azertag.az

6Mənbələr