AZ

7 körpənin yanğında öldüyü Perinatal Mərkəzin təmirinə nə vaxt BAŞLANACAQ? – Rəsmi AÇIQLAMA

Respublika Perinatal Mərkəzinin təmiri gələn ilin sonlarında yekunlaşacaq.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, tikinti ilə bağlı layihələndirilmə işləri yekunlaşıb:

"Perinatal Mərkəzlə bağlı artıq Fövqəladə hallar Nazirliyi və digər qurumların rəyləri alınır. Gələn ilin əvvəlindən Perinatal Mərkəzdə təmir işləri başlayacaq və gələn ilin sonuna tam yekunlaşacaq".

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Medoa

Seçilən
8
7
bizim.media

10Mənbələr