"Respublika Perinatal Mərkəz bağlı bir sıra qurumlardan rəylər alınıb. Rəylər əsasən Fövqəlada Hallar Nazirliyindəndir. Orada tikinti və təmir işləri ilə bağlı layihələndirmə işləri bitib. Tam olaraq gələn ilin əvvəlindən təmir işləri baş tutacaq. Çox güman ki, gələn ilin sonuna bu proses tam yekunlaşacaq",- Qurbanov bildirib.
Respublika Perinatal Mərkəzində bu ilin yanvarında yanğın baş verib.Hadisə nəticəsində 7 körpə ölüb. Baş verən yanğınla bağlı Baş Prokurorluq cinayət işi açıb və 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Gülnar Nazinqızıv
www.anews.az