AZ

Sinif otaqlarında gələcəyin potensial cinayətkarları, narkotacirləri var...

Məktəblərimizdə təhsilə layiq olmayan minlərlə azyaşlı var, hansı ki, valideynlər övladlarını nəinki düzgün tərbiyə etmir, ümumiyyətlə tərbiyə etmir.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elvin Bədirov söyləyib.

 

Ekspert bildirib ki, valideynlər övladlarının tərbiyəsizliyinə, məktəbə və təhsilə vurduğu zərbələrə və yaratdığı fəsadlara görə hər hansı bir cərimə və məsuliyyətə cəlb edilmədiyi müddət ərzində bu özbaşınalıqlar heç bir halda səngiməyəcək:

 

"Sinif otaqlarında gələcəyin potensial cinayətkarları, narkotacirləri var, hansı ki, istədiyini edən, sinif yoldaşlarının təhsil almaq hüququnu əlindən alan, müəllimlərini əsəb xəstəsi edən bu şagirdlərin tərbiyəsinin mümkün olmaması ilə paralel onların məcburi təhsilə cəlbinin davam etdirilməsi təhsilin inkişaf dinamikasına maneə yaradan səbəblərdən biridir.

 

Fağır müəllimlər, minimal əmək haqqı, əsəb , stress, vaxtsız qocalma, yüzlərlə çeşid xəstəliklərin tapılması hesabına "müqəddəs" vəzifəni yerinə yetirir, sağlamlığını itirir və övlad tərbiyə edə bilməyən valideynlər isə gülməşəkər balalarının xəstə etdiyi müəllimlərin üstünə nəinki hücum çəkir, ağzına gələni deyə də bilir.

 

Köməksiz, əlacsız, arxasız müəllim isə affekt halında özünə hakim ola bilmir, etməməli olan yalnış addıma sövq edilir, tərbiyəsiz şagirdə şillə vurur, səs qaldırır, stul atır və bütün təhsil həyatını mənasız bir şagirdə görə məhv edir”.

 

Müsahibimiz əlavə edib ki, mənası olmayan sarı, qırmızı, yaşıl kartlar isə tətbiq edildikdən sonra hələ də tədrisin təşkil edilməsində zərrə qədər də olsun faydalı rol oynamayıb, oynamayacaq da.

 

“Mürəkkəb mexanizmlər əslində sadə gedişlərdən ibarətdir. Məktəblərdə müəllimlərin nüfuzunu qaldırmadan heç bir təhsil nailiyyətlərinə müəssər olmaq mümkün deyil!”.

Seçilən
7
azedu.az

1Mənbələr