AZ

Aqrar sektordakı sahibkarlara 64,4 milyon manat kredit verilib

Bu ilin yanvar-noyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 8726 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib. Bu da bir il əvvəlki göstəricini 36,5 faiz üstələyir.

Teleqraf.com Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə aqrar sektorda fəaliyyət göstərən 3439 fiziki və hüquqi şəxsə güzəştli kredit verilib.Kreditin ümumi məbləği 64,4 milyon manat olub.

Verilən kreditlərin 48,3 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 1,1 milyon manatı güzəştli kreditlər, 15 milyon manatı isə mikrokreditlərdir.


Müəllif: Teleqraf.com
phrase_var_article.chosen
0
1
teleqraf.com

5phrase_var_article.sources