Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır.
7Times.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin plenar iclasında bildirib.
“Keçən həftə biz 15-ci sanksiya paketini qəbul etdik. Bu paket Rusiyanın “kölgə donanması”na qarşı tədbirləri və sanksiyalardan yayınma ilə mübarizəni əhatə edir. 16-cı paket hazırlanır”, – o qeyd edib.