"Bizim yoxlanılmış məlumatlarımıza görə, Ermənistanın KTMT-dən de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır".
"Operativ Media" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində söyləyib.
Dövlət başçısı bildirib ki, o, mahiyyətcə KTMT-dən de-fakto çıxıb: “Bizim yoxlanılmış məlumatlarımıza görə, onların de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi, onlar çıxacaqlar.