AZ

Zelenski: Putinlə danışıqlara getmək ona əlavə üstünlüklər qazandıracaq

“Vladimir Putinlə danışıqlara getmək ona Avropa ilə qərar vermək imkanı yaratmağa bərabərdir”.

 

Bunu “Le Parisien” nəşrinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

O, regionda baş verənlərdən məhz Kreml rəhbərinin məsuliyyət daşıdığını, eləcə də ölkəsinin nə Rusiyanın, nə də Putinin qarşısında zəif olmadığını vurğulayıb. 

 

Ukrayna Prezidentinin toxunduğu növbəti məsələ Ukraynanın NATO və Avropa İttifaqına üzvlüyü ilə əlaqəli olub: “Biz nə NATO-nun, nə də Avropa İttifaqının üzvü olub-olmayacağımızı bilirik. Deyirlər, bu, gələcəkdə baş verəcək, lakin nə vaxt? İndiki şərtlər daxilində Vladimir Putinlə danışıqlara getmək ona əlavə üstünlüklər qazandıracaq. Məsələn, o Avropada yaşanan hadisələrlə bağlı qərar vermək istəyəcək”.

 

V. Zelenski eyni zamanda ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın seçki kampaniyası zamanı Rusiya-Ukrayna münaqişəsini 24 saata həll edəcəyi barədə fikirlərini şərh edib: "Mən qətiyyətlə bəyan edirəm ki, dünyanın heç bir lideri Vladimir Putinlə Ukraynanın adından danışıqlar apara bilməz. Biz heç kimə belə bir mandat verməmişik. Müharibənin qurbanı bizik, bizim ölkəmizdir. İndi kimlərinsə bizə necə yaşamağı öyrətməsi ədalətsizlik olardı. Fransızlar da, italyanlar da, amerikalılar da məhz öz ölkələrində bunu edə bilərlər”, – deyə Ukrayna Prezidenti fikirlərini tamamlayıb.(Apa)

Seçilən
1
8
senzor.az

9Mənbələr