AZ

Kapital qoyuluşunda zəruri olan amillər – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İstənilən sahəyə investisiya qoyuluşu planlı və məqsədyönlü şəkildə həyata keçirilməlidir.

Banco.az xəbər verir ki, bu barədə açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki,

kapital qoyuluşu planlaşdırılarkən yalnız maliyyə və iqtisadi aspektlər deyil, həm də həmin sahədə peşəkar mütəxəssislərin hazırlanması diqqətə alınmalıdır.

İqtisadçı düşünür ki, mütəxəssis çatışmazlığı hər hansı yeni sahədə kapital qoyuluşunun effektivliyinə mənfi təsir göstərə bilər.

" Bəzi inkişaf etmiş ölkələrdə bu məsələyə xüsusi diqqət yetirilir: Məsələn, Hollandiyada bəzi özəl şirkətlər tələbələri maliyyələşdirir və müqavilə əsasında onları təqaüdlə, qalacaq yerlə və hətta avtomobillə təmin edir. Bu yolla müəssisələr özləri üçün mütəxəssis yetişdirirlər. Türkiyədə isə bəzi özəl şirkətlər tələbələrə dərslərinə davam etmələri üçün şərait yaradır, dərs saatlarından sonra işə qayıtma imkanı təqdim edir və iş prosesini bilməyənlərə öyrədilir. Belə modellərə Azərbaycanda da ehtiyac var. Əks halda, yeni sahələr açılsa belə, mütəxəssislər xaricdən dəvət olunur. Bu isə iki mənfi nəticəyə səbəb olur: həm yerli vətəndaş işsiz qalır, həm də ölkədə mütəxəssis hazırlanmır".

Ekspertlər hesab edir ki, kapital qoyuluşunun uğuru yalnız maliyyə göstəricilərindən deyil, həm də düzgün planlaşdırılmış strateji yanaşmadan asılıdır. Bu baxımdan bir neçə vacib məqam qeyd olunur:

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
16
banco.az

1Mənbələr