AZ

Özbəkistan Kirilovun qətli ilə bağlı saxlanılan şəxs barədə məlumatları Moskvaya göndərdi

Özbəkistan tərəfi müvafiq sorğunu aldıqdan sonra Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının rəisi İqor Kirilovu qətlə yetirməkdə şübhəli bilinən və Rusiyada saxlanılan vətəndaşla bağlı məlumatları dərhal Moskvaya göndərib.

Azpost.info xəbər verir ki, bu barədə “Özbəkistan-24” kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

“Bu vətəndaş haqqında məlumat dərhal Moskvaya göndərilib”, – məlumatda deyilir.

Azpost.info

phrase_var_article.chosen
26
azpost.info

1phrase_var_article.sources