AZ

“The Times”ın məntiqinə əməl etsək, bütün NATO rəsmiləri qanuni hərbi hədəf hesab edilməlidir - Medvedev

“The Times” nəşrinin general-leytenant İqor Kirillovun qətli ilə bağlı məntiqinə əməl etsək, Ukraynaya yardım barədə qərar qəbul etmiş bütün NATO rəsmiləri Rusiya Federasiyası üçün qanuni hərbi hədəf hesab edilməlidir.

Herbiand.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.

Təhlükəsizlik Şurasının sədr müavini “The Times” qəzetində Kirillov və onun köməkçisinə qarşı terror aktının “qanuni müdafiə aktı” adlandırıldığı məqaləni şərh edib.

Medvedev qeyd edib ki, bu məntiqə görə, Ukraynaya hərbi yardımla bağlı qərarlar qəbul etmiş bütün NATO rəsmiləri Rusiyaya qarşı hibrid və ya konvensional müharibədə iştirak edirlər: “Və bu şəxslərin hamısı Rusiya dövləti üçün qanuni hərbi hədəf hesab edilə bilər və olmalıdır. Həm də Rusiyanın bütün vətənpərvərləri üçün”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
16
herbiand.az

1Mənbələr