Bakı. Trend:
Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalqreytinqlər üzrə Komissiyasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “RəqəmsalHökumətin İnkişafı” İşçi qrupunun 18 dekabr 2024-cü il tarixindəilk iclası baş tutub.
Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatyayıb.
Bildirilib ki, iclas Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsininsektor müdiri Vüsal Şıxəliyev, rəqəmsal inkişaf və nəqliyyatnazirinin müavini Samir Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişafAgentliyinin (İRİA) idarə heyətinin sədri İnarə Vəliyeva vəİRİA-nın idarə heyəti sədrinin müavini Şahin Əliyevin rəhbərliyiilə keçirilib.
Bununla yanaşı, iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyi,Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Elmvə Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Bakı Şəhər İcra Hakimiyyəti və bir sıra digər dövlət qurumlarınınnümayəndələri də iştirak ediblər.
İlk iclasda Azərbaycanın rəqəmsal hökumət infrastrukturundamövcud boşluqların müəyyən edilməsi, inkişaf üçün əsasstrategiyalar və konkret tədbir planlarının hazırlanması məsələlərimüzakirə edilib. Bununla yanaşı, Azərbaycanın EHİİ reytinqininövbəti qiymətləndirmə dövrünə qədər əhəmiyyətli şəkildəyaxşılaşdırmaq məqsədilə fəaliyyət planı ətrafında fikir mübadiləsiaparılıb.
Görüşün yekununda EHİİ indikatorları istiqamətləri üzrəfəaliyyət planının layihəsi hazırlanaraq ilkin olaraqrazılaşdırılması üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrəKomissiyanın Katibliyinə təqdim olunması qərara alınıb.
Qeyd edək ki, yeni yaradılan İşçi qrupunun əsas məqsədi BMT-ninElektron Hökumətin İnkişafı İndeksində (EHİİ) Azərbaycanınmövqeyinin yaxşılaşdırılması üçün müvafiq meyarlar üzrə hazırlanmışfəaliyyət planının icrasını təmin etməkdir. Fəaliyyət planıəlaqədar dövlət qurumları ilə koordinasiyalı şəkildə icraediləcək.
İşçi qrupu müntəzəm olaraq toplanacaq, irəliləyişləriqiymətləndirəcək, qarşıya çıxan çətinlikləri müzakirə edəcək vərəqəmsal idarəetmə təşəbbüslərinin uğurla həyata keçirilməsinitəmin edəcək.