Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası üzrə komissiyaların iclası keçiriləcək.
Bakıvaxtı.az yerli KİV-lərinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan bildirib.
"Növbəti iclasın tarixi ilə bağlı hələ razılıq əldə olunmayıb. Amma düşünürəm ki, yaxın vaxtlarda baş tutacaq", - o qeyd edib.