AZ

Prezident İlham Əliyev: “Yalançı dördlük” – “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde” - Azərbaycana qarşı qərəzli kampaniyaya başladılar

Bakı. Trend:

“Yalançı dördlük” – “Washington Post”, “New York Times”,“Figaro” və “Le Monde” - Dövlət Departamentinin himayəsindəkimüxtəlif qeyri-hökumət təşkilatları ilə birlikdə qərəzlikampaniyaya başladılar, hər gün hücum edirdilər.

Trend xəbər verir ki, bunu Prezident İlhamƏliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Başdirektoru Dmitri Kiselyova müsahibəsində söyləyib.

Dövlət baçsını bildirib:

"Başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi.Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizimisə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrındaqərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ dəAzərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıdakeçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ songünlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindənçox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76min iştirakçı keçmişdi. Onları yerləşdirmək, mehmanxana fondununsertifikatlaşdırılmasını yenidən aparmaq, - belə ki, bizimmehmanxana fondunda bu qədər yer yoxdur, - qonaqlarınyerləşdirilməsi məkanlarını müəyyən etmək lazım idi. Bunun üçünmüxtəlif istirahət zonaları müəyyənləşdirildi, həmçinin tikilmiş,amma hələ istifadəyə verilməmiş mənzil fondu obyektləri mehmanxananormalarına uyğun vəziyyətə gətirilməli idi. Bu, çox böyüktəşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik. Yəni,bildiyimə görə, bu konfransın keçirildiyi bütün vaxt ərzindətəşkilatçılıqla bağlı on şikayət olub, amma onlar operativ şəkildənizamlanıb və belə demək mümkündürsə, bütün qonaqlar razıqalıb.

İkinci çətinlik, əgər onu çətinlik adlandırmaq mümkündürsə,deyərdim ki, müəyyən rahatsızlıqla bağlı olan məsələ tamamiləəsassız aqressiya hissi, bir növ Azərbaycana qarşı paxıllıqlamüşayiət olunan qərəz idi. Yəni belə bir ölkə var və birdən-birə bucür konfransa ev sahibliyi etmək hüququ qazanıb. Müxtəlif Qərbmedia orqanları bizi “petrostate” adlandırmağa başladı. Halbukiprinsipcə burada pis bir şey yoxdur. Mən açılışda çıxış edərəkdedim ki, əgər bizi XIX əsrdə “petrostate” adlandırsaydılar, - odövrdə biz dünya neftinin 50 faizini tədarük edirdik, - onda bu,normal olardı. Amma indi təqribən bizim 30-a qarşı milyard ton nefthasil edən ölkənin, - mən ABŞ-ı nəzərdə tuturam, - bugünkü feykxəbərlərində bizi “petrostate” adlandırırlar.

Bizdə neft hasilatı cəmi 30 milyon civarındadır. Bu ölkəninqonşusu, - mən Kanadanı nəzərdə tuturdum, - bizdəkindən 10 dəfəartıq neft hasil edirsə və bizi “petrostate” adlandırırsa, buədalətsizlikdir. Amma bu feyk xəbərlər qrupu, - yeri gəlmişkən, bu,mənim ifadəm deyil, sadəcə, Prezident Trampdan əxz etmişəm və bu,mənim çox xoşuma gəlir, - zənnimcə, çox hərtərəfli və olduqcaünvanlıdır. Onları adlandırdığımız kimi, “yalançı dördlük” –“Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”. Bax,bu dördlük Dövlət Departamentinin himayəsindəki müxtəlifqeyri-hökumət təşkilatları ilə birlikdə qərəzli kampaniyayabaşladılar, hər gün hücum edirdilər.

Hər gün məqalələrin sayı yəqin ki, minimum 20-dən çox olurdu.Bu, çətinlik yaratmadı, amma, sadəcə, ikrah hissi doğurdu. Əlbəttəki, nəticə əldə etmək çətin idi, çünki biz bu sahədə qlobal aktordeyilik".

Seçilən
36
3
az.trend.az

3Mənbələr