AZ

Roman Qriqorçukun yeni iş yeri bilindi

İki ay əvvəl "Neftçi"nin baş məşqçi postundan istefaya göndərilən Roman Qriqorçukun yeni iş yeri müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, bu barədə "TaToTake" məlumat yayıb.

Mənbənin məlumatına görə, ukraynalı mütəxəssis tezliklə ölkəsində Premyer Liqa klubu LNZ-yə rəsmən rəhbərlik edəcək. Artıq tərəflər arasında prinsipial razılıq əldə olunub. 

Qriqorçuk yanvarın 15-də komandasını yeni ilin ilk məşqinə aparacaq. Çerkassi klubunun toplanışı düz bir ay İspaniyanın Estepona şəhərində (Marbelya ətrafı) davam edəcək və fevralın 15-də başa çatacaq.

Qriqorçukun məşqçilər korpusunun əsasını onun daimi köməkçiləri - Mixail Savka, Andrey Qluşşenko (qapıçılarla işləyən) təşkil edəcək. Məşqçi korpusunda həmçinin Stepan Matveyev olacaq.

Xatırladaq ki, dekabrın 12-də LNZ Andres Karrasko ilə əməkdaşlığı dayandırıb.

Mirağa

Seçilən
12
fanat.az

1Mənbələr