Avropa Statistika İdarəsi (Eurostat) Avrozona üzrə noyabr ayı üçün yekun inflyasiya məlumatlarını dərc edib.
İndex.az xəbər verir ki, Avrozonada oktyabr ayında 2% olan illik inflyasiya noyabr ayında 2,2%-ə yüksəlib.
Bazar gözləntiləri noyabr ayında Avrozonada illik inflyasiyanın 2,3%, aylıq inflyasiyanın isə mənfi 0,3% olacağı idi.
Noyabr ayında Avrozonada baza inflyasiyası illik 2,7%, aylıq mənfi 0,6% səviyyəsində ölçülüb.