AZ

“ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb?

ATEF” Şirkətlər Qrupu ilə bağlı cərimə protokolu imzalanıb. Şirkət ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

xəbər verir ki, “ATEF” Şirkətlər Qrupu İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“ATEF” Şirkətlər Qrupu ilə bağlı iş baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilib. 20 dekabr tarixində hakim Ünsüyyət Mirzəyevanın sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir. Sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.

Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib.Tribunainfo.az

Qeyd edək ki, ATEF-in qanuni təmsilçisi Əlixanbəyov Emil Talıb oğludur. Onun atası Talıb Əlixanbəyov isə ATEF-in Müşahidə Şurasının sədridir.  Qarşı tərəfi dinləməyə hazırıq.

 

Seçilən
0
41
xalq.az

10Mənbələr