Fransada ölkə lideri Emmanuel Makronun qeyri-sabit mövqeyinə görə növbədənkənar prezident seçkiləri keçirilə bilər. Bunu dekabrın 17-də Milli Mitinq partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen “Le Parisien” qəzetinə müsahibəsində deyib.
“Vəziyyət çox kövrəkdir. Problemlər hətta baş nazir və ya maliyyə bazarları ilə ziddiyyət təşkil edən mərkəzi blok daxilindən də yarana bilər. Emmanuel Makronu mandatından imtina etməyə sövq edə biləcək bir çox səbəb var”, - deyə o bildirib.
Le Pen qeyd edib ki, Makronun getməsinə səbəb onun şəxsi keyfiyyətləri deyil, sistemli hakimiyyət böhranı ola bilər. Onun fikrincə, Fransa lideri ölkədəki vəziyyətə nəzarəti itirib, o cümlədən, onun sözlərinə görə, özünü təyin edən baş naziri artıq təyin edə bilmir. Le Pen əlavə edib ki, Makron beynəlxalq səhnədə də təsirini itirib.
P.ƏMİRCANOV
XQ